Tramp: Polşa ABŞ-dan 30-dan artıq F-35 qırıcısı alacaq

Tramp: Polşa ABŞ-dan 30-dan artıq F-35 qırıcısı alacaq
02:29 13 İyun 2019
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Polşa ABŞ-dan 30-dan artıq F-35 qırıcı təyyarəsi alacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Andjey Duda ilə görüçündən öncə deyib.

D.Trampın sözlərinə görə, A.Dudanın Vaşinqtona səfəri zamanı Ağ Evin üzərindən F-35 qırıcıları keçəcək, "Polşa 32 və ya 35 ədəd F-35 sifariş edib".

Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ Avropaya əlavə qoşun göndərməyəcək və Almaniyadakı hərbçilərin bir hissəsini Polşaya göndərməklə bu ölkədəki hərbi kontingentin sayını artıra bilərlər: "Söhbət 2 min hərbçidən gedir. Avropa əlavə qoşun göndərilməyəcək. Onlar Almaniyadan və ya başqa yerlərdən Polşaya göndəriləcək. Bildiyiniz kimi Almaniyada bizim 52 min hərbçimiz var".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3075776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR