Şəhriyar yenə məğlub oldu

Şəhriyar yenə məğlub oldu
10:22 13 İyun 2019
87 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Norveçin Stavanqer şəhərində keçirilən "Norway Chess" turnirində yeganə təmsilçisi olan Şəhriyar Məmmədyarov növbəti dəfə məğlubiyyətlə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, 7-ci turda çinli rəqibi Din Lijenə 0:2 hesabı ilə uduzub.

Yeddi turdan sonra turnirə Karlsen (11 xal) liderlik edir, ardınca Aronyan (9), Yuy Yani (8,5), Din Lijen (7,5), So (7), Karuana (6,5), Vaşye-Laqrav və Anand (hərəyə 6 xal), Məmmədyarov (5) və Qrişuk (3,5) qərarlaşıb.

Şəhriyar 8-ci turda Uesli So ilə qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/762625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR