“Real” növbəti transferini açıqladı

“Real” növbəti transferini açıqladı
12:05 13 İyun 2019
84 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ı bu yay növbəti transferini rəsmiləşdirib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, İspaniya nəhəngi Fransanın "Olimpik" (Lion) klubundan Ferland Mendini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

"Real"ın mətbuat xidməti fransalı futbolçu və onun klubu ilə bütün məsələlərdə razılığa gəlindiyini bəyan edib. 24 yaşlı sol cinah müdafiəçisi 2025-ci ilə qədər Madrid klubunun şərəfini qoruyacaq.

Mendinin təqdimat mərasimi gələn həftə "Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq.

Fransalı futbolçu geridə qalan mövsümdə Lion klubu ilə 44 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

"Real" daha öncə Eden Hazard, Luka Yoviç, Eder Militao və Rodriqonu da transfer etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/762693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR