Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında yenilik – qanuna dəyişiklik edildi

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında yenilik – qanuna dəyişiklik edildi
12:22 13 İyun 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənəkənar plenar iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3075857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR