Fuad Nağıyev: "Xarici turistlər üçün "Yanardağ" qoruğuna bilet 9 manat olacaq"

Fuad Nağıyev: "Xarici turistlər üçün "Yanardağ" qoruğuna bilet 9 manat olacaq"
12:32 13 İyun 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

"Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu avqustun 1-dən fərqli qiymətlərlə xidmət göstərəcək". 
Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O bildirib ki, xarici vətəndaşlar üçün qoruğa giriş 9 manat olacaq: "Turizm şirkətləri əvvəldən saziş bağlayıblarsa və buna dair sübutları olsa onlara köhnə qiymətlər tətbiq ediləcək. Yerli turistlər üçün qoruğa giriş 2 manatdır. Eyni zamanda bəzi sosial təbəqələr üçün biletlərin qiymət fərqli olacaq. Belə ki, tələbələr üçün bilet 1 manat, məktəblilər üçün isə pulsuz olacaq".
F.Nağıyev əlavə edib ki, gün ərzində "Yanardağ"a 500-700 əcnəbi tutist gəlir və hazırda da artım müşahidə edilir: "Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, otellər, turizm informasiya mərkəzlərində "Yanardağ"la məlumatlar olacaq".


Xəbərin orijinal ünvanı: https://report.az/turizm/fuad-nagiyev-xarici-turistler-ucun-yanardag-qoruguna-bilet-9-manat-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR