"O biriləri kimi pulu yastığın altına yığmıram" - VİDEO

"O biriləri kimi pulu yastığın altına yığmıram" - VİDEO
12:47 13 İyun 2019
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi DJ Roşka olub: 

Milli.Az bildirir ki, DJ olduqca iddialı açıqlamalar edib:

"Mən hamıya sual verirəm, başqa dj var? Bu sənətə sənət kimi, yaradıcı cəhətdən baxmırlar. Mənə hazırda rəqib yoxdur. Əslində, Azərbaycanda Dj Roşkanın nömrə 1 olması sevindirmir. Mənim işlərimin "Youtube" baxışı 10 milyondan çoxdur, amma başqa yoxdur".

Roşka yeni aldığı qırmızı maşınından da danışıb: 

"3-4 ay olar almışam. Sevmirəm maşınla gündəmə gəlməyi, sənətçi sənəti ilə gündəmə gəlməlidir. Əslində, elə də baha deyil, 60-70 min arasıdır maşının qiyməti. Şou-biznesdə bundan da baha maşın sürənlər var. Elə də gözə batan rəqəm deyil, kreditlə almamışam. Artıq neçə illərdir ki, bu sənətdəyəm aldığım elə bu maşındır. O biriləri kimi pulu yastığın altına yığmıram. Maşınlar, evlər bizim üçündür, yaşayaq, əylənək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/762712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR