Neft tankerində dəhşətli parlayış - 44 nəfər...

Oman körfəzində üzən iki neft tankerində şiddətli partlayış baş verib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İran sahilləri yaxınlınlığında baş verib. Gəmi heyəti sahil ölkələrini təcili yardıma çağırıb. Tankerlərdən biri batmaq üzrə olduğundan heyət üzvləri təxliyə edilib. Gəmidə 44 nəfərin olduğu bildirilir.

Məlumata görə, tankerlər Marşal adalarıPanama şirkətlərinə aiddir. Ərazidəki ABŞ donanmasından bildirilib ki, gəmi heyətindən onlara hücuma məruz qalmaları ilə bağlı məlumat gəlib.

Hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR