İstiliyin 50 dərəcəni keçdiyi ölkədə quraqlıq fəlakəti: 5 ildə 4700 fermer intihar etdi

Hindistanda 50.8 dərəcə istilərin səbəb olduğu quraqlıq səbəbilə yüzlərlə kənd boşaldılıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, ölkədə son bir neçə həftədir ki, şiddətli istilər hökm sürür. Ölkənin ən quraq bölgəsi olan Maratvadada son 5 ildə 4700-dən çox fermer intihar edib.

Bazarertəsi günü paytaxt Yeni Dehlidə havanın istiliyi 48 dərəcəyə çatıb. Cənubda ölkənin maliyyə və iş mərkəzi Mumbaiyə təxminən 400 kilometr məsafədəki bölgələrdə onlarla kənd tərk edilmiş vəziyyətdədir.

Susuzluq səbəbilə xəstə və yaşlılardan başqa əhalinin 90 faizinin evləri tərk etdiyi bildirilir.

Hindli vəzifəli şəxslər dekabr ayından bəri davam edən quraqlığın təsirinin 1972-ci ildə 25 milyon insana təsir edən qıtlıqdan daha ağır olduğunu deyib.

Ötən il yayımlanan bir sənədə görə, aralarında Yeni Dehli, Benqaluru, Çennai və Haydarabadın da olduğu 21 şəhərdə 2020-ci ilə qədər yer altı su qaynaqlarının tamamilə tükənəcəyi də bildirilib. Təxminən 1 milyard 300 milyon əhaliyə sahib olan Hindistanda əhalinin 40 faizi bu şəhərlərdə yaşayır.


https://metbuat.az/news/1206459/gorunusu-ile-kisilerin-gozlerini-qamasdirdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR