53 uşaq gavalıdan zəhərlənərək ölüb - Hindistanda

53 uşaq gavalıdan zəhərlənərək ölüb - Hindistanda
14:52 13 İyun 2019
72 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Bihar ştatında son 10 gün ərzində azı 53 uşaq meyvədən zəhərlənərək ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, uşaqlar liçi (Çin gavalısı) meyvəsindən zəhərləniblər.

Qeyd edək ki, həmin meyvədən zəhərlənənlərdə kəskin ensefalit sindromu, qanda qlükoza səviyyəsinin azalması kimi simptomlar müşahidə olunub.

Hazırda ştatın xəstəxanalarında daha 40 azyaşlı zəhərlənmədən müalicə olunur. Onların vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, Bihar ştatında 1995-ci ildən hər yay liçi meyvəsindən kütləvi zəhərlənmə qeydə alınır. 2014-cü ildə 150 nəfər bu meyvənin qurbanı olmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/762738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR