Xamenei Trampın mesajına cavab verməkdən imtina edib

Xamenei Trampın mesajına cavab verməkdən imtina edib
15:02 13 İyun 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

İranın ali lideri ayətullah Əli Xamenei Yaponiyanın Baş naziri Sindzo Abe tərəfindən ona çatdırılan ABŞ Prezidenti Donald Trampın mesajına cavab verməyib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, görüşün əvvəlində S.Abe Ə.Xameneiyə ABŞ prezidentininin mesajını çatdırmaq istədiyini bildirib. Bunun cavabında isə İranın ali lideri "Məndə cavab yoxdur və ABŞ prezidentinin səsləndirdiyiniz mesajına da olmayacaq. Trampı hansısa mesaj göndərməyə layiq insan hesab etmirəm" deyib. 
S.Abenin ABŞ prezidenti adından İrana liderinə hansı mesajı verdiyi haqqında bilgi yoxdur.
Xatırladaq ki, Abe iyunun 12-də Tehrana səfər edib. Bu, son 41 ildə Yaponiya baş nazirinin İrana ilk səfəridir. Bundan əvvəl bəzi xarici KİV Abenin Osakada keçiriləcək G-20 sammitində Trampla Xameneinin görüşünü təşkil etmək istədiyini yazmışdı.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/xamenei-trampin-mesajina-cavab-vermekden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR