Bakıda "Son zəng" hazırlıqları: "Adam var 400 manatlıq hədiyyə alır"

Bakıda "Son zəng" hazırlıqları: "Adam var 400 manatlıq hədiyyə alır"
15:42 13 İyun 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Azərbaycanın ümumitəsil məktəblərində tədris ilinin “Son zəng”i çalınacaq. Ölkənin ümumi təhsil müəssisələrin XI sinfini 82 782 şagird bitirəcək.
Sabahkı günlə əlaqədar Bakıdakı hədiyyə, gül, kitab mağazalarında canlama müşahidə edilir. “Report”un əməkdaşları qiymətləri, alıcılıq qabiliyyətini və digər detalları öyrənmək üçün metronun “28 May” stansiyası yaxınlınlığındakı mağazalara üz tutub.
İlk qarşımıza çıxan mağazada məzun lentlərinin qiymətləri ilə maraqlanırıq.
Satıcı bildirir ki, rəngindən, formasından asılı olmayaraq lentlərin hamısı 80 qəpikdir: “Əgər çox alsaz, qiymətə endirim etmək olar”.
Həmin mağazanın yaxınlığında hədiyyələr dükanı da var. Alıcılarla dolu olan dükanda kimi helium şarlarının, kimi isə hədiyyə oyuncaqların qiymətlərini soruşur.
Satıcı bildirir ki, məzunlar daha çox hədiyyə oyuncaqlarla maraqlanırlar: "Onların da qiyməti 5-400 manat arasında dəyişir. Alıcılıq qabiliyyəti yüksəkdir. İmkanı nisbətən zəif olanlar 30-40 manat arasında hədiyyə seçir. Elə adam var ki, 400 manata gücü çatır və o qiymətə də hədiyyə alır. Yəni bütün müşrətilərin cibinə uyğun qiymətlərdir. Hər il bir çox məktəblərdən sifarişlər alırıq. Onlar adətən şarlar, lentlər istəyirlər. Adi helium şarlarının qiyməti həmişəki kimi 80 qəpikdir.”
Ətrafdakı gül mağazasının önündə ayaq saxlayırıq.
Satıcı xanım bildirir ki, müştərilər çoxdur: “Hər il olduğu kimi bu il də “Son zəng” vaxtı güllərə tələbat yüksəkdir. Qiymətləri isə müxtəlifdir, 5-100 manat arasında hər qiymətə gül almaq olar. İndi ən çox dibçək gülləri və qarışıq bəzədilmiş buketlər alırlar. Elə alıcı var ki, imkanı yaxşıdır. Təbii ki, onlar daha bahalı buket alırlar. Gül onsuz da gözəldir. Bahalı, ya ucuz nə fərqi var ki, kimə gül versəz, sevinər”.
Alıcılardan biri deyir ki, sabah üçün güllərin qiyməti ilə maraqlarır: “Qızım XI sinfi bitirir. İndi qiymətlərini soruşuram. Büdcəmə uyğunun alacam”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015-ci ildən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.








Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-son-zeng-hazirliqlari-adam-var-400-manatliq-hediyye-alir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR