Ruslan Abışovun yeni klubu müəyyənləşdi - RƏSMİ

Ruslan Abışovun yeni klubu müəyyənləşdi - RƏSMİ
15:47 13 İyun 2019
81 İdman
Ölkə mətbuatı
A- A+

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini daha bir futbolçu ilə gücləndirib.

Milli.Az xəbər verir ki, təcrübəli müdafiəçi Ruslan Abışovla 2 illik müqavilə bağlanıb.

Futbolçu karyerasına "Neftçi"də başlayan Abışov, daha sonra "Xəzər Lənkəran", "Qəbələ", "İnter" və Rusiyanın "Rubin" klubunun uğurları üçün çalışıb. Abışovun son komandası "Neftçi" olub. 

Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/762823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR