Professor uzun yaşamağın sirrini açdı

Həftə ərzində 150 dəqiqə gəzinti yaşlı insanlara dünyanın bir çox ölkələrində tövsiyə edilir.

Metbuat.az bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Tövsiyələr fiziki aktivliyin insan səhhətinə təsirini araşdıran tədqiqatın nəticələrinə əsaslanır. Bəzi mütəxəssislər isə fiziki yüklənmənin dəqiqələrlə ölçülməsini düzgün hesab etmir.

Harvard Universitetinin professoru Ay-Min Li qəzetə müsahibəsində bildirib ki, yaşlı qadınlar üçün fiziki yüklənməni onların atdıqları addımların sayı ilə ölçmək daha dəqiq olardı.

"Journal of American Medical Association" qəzetində dərc olunan yeni tədqiqatda professor Li və onun həmkarları tonusun saxlanması üçün lazım gələn addımların sayını aydınlaşdırmağa çalışıblar.

Onlar əksəriyyəti yaşı 70-ə çatmış 17 min qadın üzərində müşahidələrin nəticələrini tədqiq edərək belə qənaətə gəliblər ki, vaxtsız ölüm riski ehtimalını azaltmaq üçün gün ərzində 7,5 min yüngül gəzinti addımı atmaq kifayət edər.

Az hərəkətli həyat tərzi keçirən qadının gün ərzində atdığı təxminən 2,7 min addım vaxtsız ölüm riskinin qarşısını almır. Professor Li gündə 10 min addımın atılmalı olduğu barədə populyar mülahizənin elmi tədqiqatlar vasitəsilə təsdiqini tapmadığını da qeyd edib. (milli.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR