Neymar 5 saat sorğu-sual olundu - Təcavüz iddiası

Najila Trindad adlı qadına təcavüzdə günahlandırılan PSJ-nin hücumçusu Neymar növbəti dəfə polis idarəsinə gedərək, ifadə verib.

Metbuat.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, Rio-de-Jeneyro şəhərindəki polis bölmələrindən birinə çağırılan braziliyalı futbolçu yenidən sorğu-sual olunub. Bu dəfəki prosesin 5 saat davam etdiyi bildirilir.

Məsələ ilə bağlı açıqlama verən Neymarın vəkili Flavia Merlini oyunçunun ittihamları rədd etdiyini və bütün suallara cavab verdiyini bildirib. O, həqiqətən gec-tez üzə çıxacağını söyləyib.

Qeyd edək ki, Neymarın mayın 15-də Parisdəki otellərin birində Najila adlı modelə təcavüz etdiyi iddia olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR