İlk səsvermə keçirildi - Tereza Meyi kim əvəzləyəcək?

Partiyasında ilk səsvermə keçirilib.

Metbuat.az “euronews”ə istinadən xəbər verir ki, 313 deputatın iştirak etdiyi ilk səsvermədə keçmiş Xarici İşlər naziri Boris Conson 114 səs toplayaraq ilk sırada qərarlaşıb. 43 səslə Ceremi Hunt ikinci, 37 səslə Maykl Qouv isə üçüncü olub. Qeyd edək ki, bir neçə mərhələdən ibarət yarışın sonuncu mərhələsinə iki namizəd mübarizə aparacaq.

Sonuncu səsvermədə Mühafizəkarlar Partiyasının bütün əsas üzvləri iştirak edəcək. Ötən il onların sayı 128 min nəfər idi.

Əlavə edək ki, Baş nazir Tereza Mey iyunun 1-də istefa verdiyini açıqlayıb. Səbəb krallığın Avropa Birliyindən ayrılması cəhdlərinin uğursuz alınmasıdır. Bu posta ən real namizəd Boris Conson bildirib ki, London tək tərəfli olsa belə, AB-dən ayrılacaq.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR