"Bu qadın boş torpaqları götürüb satırdı" - "Oğlumu görəndə daşla vurur, döyür" - Sulutəpədə olay

"Ailəmizlə ədavəti var. İndi oğlumu harada görsə daşla, çantası ilə vurur."

Metbuat.az bildirir ki, bu sözləri saytımıza müraciət edən Almaz Şərifova adlı şəxs deyib. O iddia edir ki, evin təhlükəsizlik kamerasından çəkilən görüntülərdəki qadın boş torpaqları mənimsəyərək satırmış:

"Son olaraq bizim həyətin yanındakı torpağı mənimsədi, qazıntı işləri aparanda mənim hasarımı vurub uçurdu. O vaxtdan ailəmizlə ədavəti var, ona görə də uşağı harada görsə vurur, uşağın vəziyyəti pisdir."

Məsələ ilə bağlı araşdırmamız davam edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR