"Gmail"ın işində nasazlıq yaranıb

"Gmail"ın işində nasazlıq yaranıb
00:17 18 İyun 2019
Ölkə mətbuatı
A- A+

Bir sıra ölkələrdə "Gmail" elektron poçt xidmətinin işində problemlər müşahidə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Braziliya, AlmaniyaAvstriyada qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin şikayətlərinin 42 faizi ismarıcların alınması ilə bağlı problemlərlə, 40 faizi hesaba daxil olmada müşahidə edilən problemlərlə, 16 faizi isə saytın işində problemlərlə üzləşiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/763845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR