“Huawei” öz əməliyyat sisteminin istifadəyə verəcək

“Huawei” öz əməliyyat sisteminin istifadəyə verəcək
08:52 18 İyun 2019
Ölkə mətbuatı
A- A+

Çinin "Huawei" şirkəti "Hongmeng" adlı öz əməliyyat sistemini bir neçə ay ərzində istifadəyə verəcək. Bu haqda şirkətin vitse-prezidenti Endryu Uilyamson deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, onun sözlərinə görə, indi sözügedən əməliyyat sistemi Çində sınaqdan keçirilir və yaxın vaxtlarda "Huawei" bununla bağlı öz ticarət brendini qeydiyyatdan keçirəcək.

Mayda ABŞ Ticarət Nazirliyi "Huawei" şirkətini milli təhlükəsizliyə təhdidə görə qara siyahıya daxil edib. Çin şirkətinə ABŞ istehsalçılarından texnologiya və komponent satın almaq və Vaşinqtonun icazəsi olmadan ABŞ-da biznes fəaliyyəti aparmaq qadağan edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/763363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR