Meksika ABŞ-la sərhədə 6 min mühafizəçi yerləşdirdi - SƏBƏB?

Meksika ABŞ-la sərhədə 6 min mühafizəçi yerləşdirdi - SƏBƏB?
13:29 18 İyun 2019
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-a getmək istəyən immiqrantları durdurmağı hədəfləyən Mexiko şəhər rəhbərliyi Orta Amerika ölkələriylə cənub sərhədinə hərbçilər yerləşdirib.

Trend-in məlumatına görə, Meksika Orta Amerika ölkələrindən keçərək ABŞ və Kanadaya getmək istəyən qeyri-qanuni miqrantlara qarşı mübarizəni artırıb.

Bu məqsədlə Meksika hökuməti min immiqrasiya məmuru ilə birgə bölgəyə 6 min mühafizəçi yerləşdirib.

Mühafizəçilərin cənub sərhədində təqribən 800 miqrantı daşıyan bir qrup yük maşınını durdurduğu da deyilir.

Qeyd edək ki, ABŞ Orta Amerika ölkələrindən ərazisinə doğru gələn köç axınını durdurmaq üçün sərhədindəki tədbirləri artırması ilə bağlı Meksikaya basqılar edirdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3077488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR