Çinli turistlərin Azərbaycana cəlbi üçün danışıqlar aparılır – Agentlik rəhbəri

Çinli turistlərin Azərbaycana cəlbi üçün danışıqlar aparılır – Agentlik rəhbəri
14:38 18 İyun 2019
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz Çin hakimiyyəti ilə çinli turistlərin Azərbaycana səfər etmələri ilə bağlı danışıqlar aparırıq. Ancaq bu müzakirələri də ilk dəfə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının Bəhreyndə keçirilən iclasında aparmışıq. Yəni ÜTT-nin sessiyası bir meydandır. Bu meydan bizə imkan verir ki, ikitərəfli danışqlar aparaq.

Publika.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

ÜTT-nin baş katibi Zurab Pololikaşvili isə mövzu ilə bağlı bildirib ki, Azərbaycan İcraiyyə Şurasının aktiv üzvlərindən biridir: “Mən bu vəzifəyə seçilməzdən öncə Azərbaycan bu vəzifəni həyata keçirirdi. Biz baxmalıyıq ki, Azərbaycan bizdən nə istəyir. Birgə ortaq layihələrimiz həyata keçirilir. Çin də Azərbaycan üçün bu fürsətlərdən biridir. Mən bilirəm ki, Azərbaycan tərəfi, o cümlədən Fuad Nağıyev Çin Hava Yolları ilə fəal şəkildə işləyir. Çin turistlərinin Azərbaycan cəlb olunması yaxşıdır. Çin təbii ki, böyük bir bazardır. Çin turistlərinə onlara uyğun xidmət göstərilməlidir. Bundan əlavə, Hindistan, Körfəz ölkələri var. Azərbaycan çox əlverişli məkanda yerləşir və yaxşı turizm infrastrukturuna malikdir. Məhz bu baxımdan, burada turizm sahəsi üzər fəaliyyət göstərəcək beynəlxalq mərkəzin olması vacibdir. Biz bu layihəni Azərbaycana gətirə bilərik. Bu xüsusən gənclərə aiddir. Azərbaycanlı sahibkarlar və gənclər sərmayəni Azərbayacan gətirə bilərlər. Ümumdünya Turizm Təşkilatının 158 üzvü var. Azərbaycan turizm sektorunu daha da inkişaf etdirə bilər. Artıq qeyd etdiyim kimi, biz gələn ili "Kənd turizmi ili" elan etmişik. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Sahibkarlar regiondan kənarlara investisiya qoysunlar. Bir də təşviq, tanıtım lazımdır. Burada söhbət puldan getmir. Ürək və səmimi qəlb bu işləri görmək üçün yetərlidir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/282191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR