İşğal olunmuş ərazilərdə turizm fəaliyyətinin qarşısını almaq asan deyil – Baş katib

İşğal olunmuş ərazilərdə turizm fəaliyyətinin qarşısını almaq asan deyil – Baş katib
15:03 18 İyun 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Təəssüf ki, işğal olunmuş ərazilərdə aparılan turizm fəaliyətlərinin qarşısnı almaq üçün Ümumdünya Turizm Təşkilatının (ÜTT) əlində hər hansı təsir mexanizmi yoxdur. Bu səbədən sözügedən istiqamətdə fəaliyyət göstərmək üçün hər hansı plana malik deyilik.

Publika.az xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında ÜTT-nin baş katibi Zurab Pololikaşvili bildirib.

İşğal olunmuş ərazilərdə qanunsuz turizm fəaliyyətinə dair sualı cavablandıran baş katib qeyd edib ki, turizmi yalnız sülh məqsədləri üçün istifadə etmək lazımdır: “İşğal olunmuş ərazilərlə bağlı hər hansı tövsiyə verə, fəaliyyət göstərə bilmirik. Mən bir ildir baş katib vəzifəsində çalşıram və bilirəm ki, təşkilatın belə çətin, mürəkkəb məsələlərdə iştirak etməsi o qədər də asan deyil. Ancaq bir daha vurğalamaq istəyirm ki, biz turizmi dinc fəaliyyət kimi qəbul edirik”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/282193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR