"Qarabağ" Avstriyaya gedir - FOTO

"Qarabağ" Avstriyaya gedir - FOTO
15:12 18 İyun 2019
105 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" bu gün Avstriyaya gedir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu təlim məşq toplanışının ikinci mərhələsi üçün sözügedən ölkəyə yola düşür.

Qurban Qurbanovun komandası orada 2 həftə hazırlıq keçəcək.

Qeyd edək ki, "Qarabağ" toplanış müddətində 4 yoxlama oyunu keçirəcək. Ağdamlılar iyunun 22-də Bolqarıstanın "Ludoqorets", iyunun 25-də Rumıniyanın "Krayova", iyunun 28-də Rusiyanın "Ufa", iyulun 2-də isə Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/764044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR