Divizionda çıxış edib-etməyəcəyimiz yaxın günlərdə bilinəcək - Vasif Maşayev

"AFFA ilə yaxın günlərdə danışıqlarımız olacaq, hər şeyə həmin görüşlərdən sonra aydınlıq gələcək"

Metbuat.az bildirir ki, bu sözləri Sumqayıtın Region Liqasında təmsilçisi olan "Uğur" FK-ın prezidenti Vasif Maşayev bildirib. Komandanın Divizionda çıxış edib- etməyəcəyi, klubu tərk edən və yeni cəlb olunan futbolçular haqqında fikir bildirən komanda rəhbəri bunları söyləyib: "AFFA ilə danışıqlarımız daha tez olacaqdı. Sadəcə, Avropa Liqasının finalına görə bir qədər yubandı. Bəli, iki il Region Liqasının qalibi olmuşuq. Keçən il Diviziona buraxılmadıq. Ancaq bu il istəyimiz daha yüksək birinciklikdə oynamaqdı. Düzdü hər şey istəklə həll olunmur. Federasiyanın qoyduğu tələblər var ki, onlara cavab verdikdən sonra Divizionda oynamalısan. Onu deyim ki, klubdan elə də güclü axın yoxdur "Uğur"u tərk etməyə. Nə də danışıq apardığımız kimsə yoxdur. Bütün bunlar üçün AFFA ilə görüşümüzü gözləyirik. Əgər Divizonda oynayası olsaq bilirsiz ki, limit var orada və ona əsasən heyətimizə oyunçu çağıracağıq. Əgər alınmasa da yenə ona görə planlarımızı quracağıq".

Komandanın toplanışa nə vaxt başlayacağı məsələsinə toxunan Maşayev bunları söyləyib: "Hələ ki, toplanışa başlamamışıq. İyul ayının axrı, avqustun önü toplanışa yığılacağıq. Çox gərgin mövsüm keçirdik. İstər mövsümün başında Lvovda "Region Cup"da oynamağımız, istərsə də ağır çempionat bizi yordu. O səbəbdən də hələ ki, uşaqlar istirahət edirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR