Deputat: Milli azlıqların qorunub saxlanması dövlət siyasətinin tərkib hissəsidir

Deputat: Milli azlıqların qorunub saxlanması dövlət siyasətinin tərkib hissəsidir
15:43 18 İyun 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Milli azlıqların qorunub saxlanması Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Mixail Zabelin “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda qeyri-tolerantlıq, ayrı-seçkilik yoxdur, ölkədə şovinizmə yad münasibət var:

"Azərbaycan çoxmillətli dövlətdir, lakin dövlətin unikallığı bunda deyil. Dövlətin unikallığı ondadır ki, hər bir kəs öz dilini, dinini qoruyub saxlayıb, öz dilində danışır, talış, ləzgi, gürcü dillərində dərsliklər, qəzetlər nəşr edilir. Azərbaycanda unikal etnik sülh yaranıb".

M.Zabelin əlavə edib ki, Azərbaycan Konstitusiyası beynəlxalq prinsiplər əsasında hazırlanıb. Bu konstitusiyaya uyğun olaraq, dövlət irqindən, dinindən, siyasi mənsubiyyətindən, əmlak səviyyəsindən asılı olmayaraq hər kəsin hüquqlarını qoruyur:

"Bu, çox vacib məsələdir. Azərbaycanda hüquqların qorunması yalnız sənəddə öz əksini tapmayıb, əməldə də ona riayət edilir".

Deputat qeyd edib ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edib.

M.Zabelinin sözlərinə görə, hazırda Azərbaycanda 16 rusdilli məktəb fəaliyyət göstərir, 342 məktəbdə rus bölməsi var:

"Bütün ali məktəblərdə rus bölməsi var. Azərbaycanda rusdilli məktəblərə daxil olmaqla bağlı heç bir məhdudiyyət yoxdur. Ölkədə digər dillərdə tədrisə xüsusi əhəmiyyət verilir. Bakıda rus kitab evləri fəaliyyət göstərir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3077953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR