Bakıda çoxmərtəbəli binada təhlükə - Kondisioner asılı vəziyyətdə qaldı

Bakıda çoxmərtəbəli binada təhlükə - Kondisioner asılı vəziyyətdə qaldı
15:43 18 İyun 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakının Nizami rayonunda yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərriki yerindən qoparaq asılı vəziyyətdə qalması barədə müraciət daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan qurğunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar. Əməliyyat başa çatıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/282196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR