İndiyə qədər Azərbaycanın sənaye parklarında 9 minə yaxın yeni iş yeri açılıb

İndiyə qədər Azərbaycanın sənaye parklarında 9 minə yaxın yeni iş yeri açılıb
15:52 18 İyun 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

İndiyə qədər Azərbaycanın sənaye parklarına 3,3 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.
“Report” xəbər verir ki, bu barədə Masallı Sənaye Məhəlləsindəki mebel məhsullarının sərgi satış mərkəzinin açılışında bildirilib.
Tədbirdə həmçinin qeyd edilib ki, sənaye parklarında 9 minə yaxın yeni iş yeri yaradılıb. Növbəti mərhələdə daha 400 milyon dollar investisiya qoyuluşu, 1 600-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İndiyə qədər sənaye parklarında 1,39 milyard manat dəyərində məhsul istehsal edilib. Bunun da 267 milyon manatlıq hissəsi ixrac olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/senaye/azerbaycanin-senaye-parklarinda-ne-qeder-yeni-is-yeri-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR