Muğam Mərkəzi “Musiqi qüvvəsi” adlı konserti təqdim edəcək

Muğam Mərkəzi “Musiqi qüvvəsi” adlı konserti təqdim edəcək
19:17 18 İyun 2019
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzi  " Musiqi qüvvəsi" adlı konserti təqdim edəcək.

Milli.Az xəbər verir ki, iyunun 26-da Beynəlxalq Muğam Mərkəzində gənc və istedadlı ifaçılar, beynəlxalq müsabiqələr laureatları  Ceyla Seyidova və Zəhra Bədəlbəylinin "Musiqi qüvvəsi" adlı konserti təqdim olunacaq.

Konsert proqramında Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Əziz Əzizli, Astor Piazzolla, Rolf Lovlandın əsərləri səslənəcək.

Çoxsaylı beynəlxalq müsabiqələrin qalibi Ceyla  Seyidova 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının "Qızıl" kitabına yazilib. 2017-ci ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən ifaçı həmin ildən başlayaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Dövlət Simli Kvartetinin 1-ci skripka vəzifəsində  çalışır.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Zəhra Bədəlbəyli  2004-cü ildə Akademiyanı fortepiano ixtisası üzrə bakalavr, 2006-cı ildə fortepiano, musiqişünaslıq ixtisasları üzrə magistr dərəcələrində qırmızı diplomla bitirib. 2005-2009-ci illərdə fortepiano solo ifaçı və müşayiətçi kimi çalışır. O, insanın özünün ifadə etməsinin ən gözəl yolunun yaradıcılıqda olduğunu düşünür. 2008-ci ildə Azərbaycanı Eurovision mahnı müsabiqəsində təmsil edən "Day after day" mahnısının sözlərinin müəllifidir. Bir neçə şeirlər kitabının müəllifi ifaçı  2012-ci ildə Nigar CamalDima Bilanın ifa etdiyi "Come into my world" mahnısının sözlərini yazır, 2013-cü ildən Azərbaycan Yazıçılar İttifaqına üzv olur. 2015-ci ildə Avropa Oyunlarında Tünzalə Ağayeva və Kelli Coysun (Kelly Joyce) birgə ifa etdiyi "Bakımın Üzü Gülür" (Baku Smiles) mahnısının ingilis dilində olan hissəsinin sözlərini yazır. 2018-ci ildə rus dilində "В твоих руках" ("Sənin əllərində") şeir kitabının təqdimatı elə həmin il Beynəlxalq Muğam Mərkəzində keçirilib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi milli musiqimizlə yanaşı musiqinin müxtəlif janrlarını təbliğ edən konsert proqramları ilə tamaşaçıların görüşünə gəlir. Klassik musiqi incilərinin BMM-nin səhnəsindən səslənməsi Azərbaycan bəstəkarlıq məktəbinin dəyərli irsini təbliği və təqdimi xarakterini daşıyır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/764043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR