Borussia Dortmund baş məşqçi ilə müqaviləni artırdı

Borussia Dortmund baş məşqçi ilə müqaviləni artırdı
20:32 18 İyun 2019
112 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Borussiya" (Dortmund) komandası baş məşqçisi Lüsyen Favr ilə müqavilənin müddətini uzadıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis 2021-ci il iyunun 30-na kimi komandaya rəhbərlik edəcək.

Favr 2018-ci ilin mayından Dortmund təmsilçisinə rəhbərlik edir. Komanda ötən mövsüm Bundesliqada 76 xalla ikinci yeri tutub. "Bavariya" isə 78 xalla ölkə çempionu olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/764114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR