Simic kişinin ailəsinin onun barəsində bəd duası qəbul olunar

Simic kişinin ailəsinin onun barəsində bəd duası qəbul olunar
22:42 18 İyun 2019
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ailənin maddi ehtiyaclarını təmin etmək - ailə başçısının vəzifəsidir və dinimizin nəzərində vacibatlardan biridir. Məsumlarımız (ə) bizə öyrədir ki, ailə ehtiyaclarını təmin edən zaman israf etməyək və boş yerlərə pul xərcləməyək. Bununla yanaşı, bizə tövsiyə edirlər ki, ailə üzvlərinə görə xəsislik etmək olmaz və onların ehtiyaclarını maddi imkan ola-ola görməməzliyə vurmaq olmaz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Rza (ə) buyurur: "Malı olan şəxsə vacibdir ki, ailəsinin ehtiyacına genişlik versin (yəni, təmin etsin ki, ölümünü arzu etməsinlər)".

İmam Səccad (ə) risaləsində nəql edilir ki, qəbul olan dualardan biri də o duadır ki, ailə baçısının maddi imkanı olar, ancaq ailəsinin xərclərində simiclik və xəsislik edər. Bu zaman onların ailə başçısının ölməsi ilə bağlı etdikləri dua qəbul olar. (Beytutə saytı)

Ona görə də mömin insan gərək nə israf edən olsun, nə də simic və xəsis. Hər biri ziyanlarıdır - biri ifratdır, o birisi isə təfrit. Hər ikisindən çəkinmək lazımdır və etidal həddi qorumaq lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/762723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR