Abşeronda toy mərasimində kütləvi dava olub, bıçaqlananlar var

Abşeronda toy mərasimində kütləvi dava olub, bıçaqlananlar var
23:12 18 İyun 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Abşeronun Fatmayı kəndində bıçaqlanma hadisəsi baş verib.
"Report"xəbər verir ki, 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu və 1987-cı il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu öz həyətlərində naməlum şəxs tərəfindən bıçaqlanıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hər iki yaralı əməliyyat edilib.
Bildirilir ki, hər iki şəxs həyətyanı sahələrində keçirilən toy mərasimində baş vermiş kütləvi dava zamanı bıçaqlanıblar.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-toy-merasiminde-kutlevi-dava-olub-bicaqlananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR