Həzrət Həmzənin qatilinin tövbəsi necə olmuşdu?

Həzrət Həmzənin qatilinin tövbəsi necə olmuşdu?
23:17 18 İyun 2019
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Həzrət Peyğəmbər (s) üçün həyatının ən acı hadisələrindən biri əmisi Həmzənin şəhadəti olmuşdur. Həmzənin qatili onu öldürdükdən sonra bədənini yarır və ciyərini çıxardıb Hində (lən) hədiyyə edir.

Əziz Peyğəmbər (s) isə zaman keçdikcə Həzrət Həmzənin qatilini bağışlayır və əfv edir. (Tebyan)

İbni Abbas nəql edir: "Peyğəmbər (s) bir nəfəri Həmzənin qatili Vəhşinin yanına göndərir ki, onu İslam dininə dəvət etsin. Vəhşi həmin şəxsə deyir: "Ona deyin, o deyir ki, o kəs qətl edər, şirk edər və zina edər Qiyamət günü zillətlə əzaba düçar olacaqdır. Mən bu qədər iş görmüşəm, günah etmişəm, yol mənim üçün yenə də açıq olarmı?".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala bu ayəni nazil edir: "(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır". ("Furqan" 70).

Vəhşi bu ayəni eşidən zaman Peyğəmbərə (s) xəbər göndərir ki, tövbə, iman və saleh əməl - çox çətin şərtlərdir. Mənim ona gücüm çatmır. Bir müddət sonra bu ayə nazil olur: "Şübhəsiz, Allah Ona şərik qoşulmasını(bu günahı) bağışlamaz və ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur". ("Nisa" 48).

Vəhşi yenə xəbər göndərir ki, Allah bu ayədə o kəsləri bağışlayacağını buyurmuşdur ki, Özü istəsin. Mən bilmirəm ki, Allah məni bağışlamaq istəyir, yoxsa yox? Bu ayə nazil olur: "De: "Ey Mənim (günah vasitəsi ilə)özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah(tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!". ("Zumər" 53).

Vəhşi bu ayəni eşidən zaman deyir ki, bəli, indi tövbə zamanıdır. O zaman Peyğəmbərin (s) xidmətinə gəlir İslam dinini qəbul edir və keçmiş günahlarına görə tövbə edir. Qalan ömrünü İslam düşmənləri ilə mübarizə apararaq keçirir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/762734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR