Mübariz Qurbanlı: “Dinlər arasında nifrətin yaradılması böyük fəlakətlərə səbəb ola bilər”

Mübariz Qurbanlı: “Dinlər arasında nifrətin yaradılması böyük fəlakətlərə səbəb ola bilər”
14:57 19 İyun 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

“Biz dinlərarasında həmrəylik üçün nə etməliyik? Əlbəttə bunun üçün ilk növbədə hər bir dinə mənsub olan insan öz ailəsindən və ölkəsindən başlamalıdır. Əgər biz öz ailəmizdə, öz ölkəmizdə dinlər arasında həmrəyliyə nail ola bilsək, bu, bütün dinlər arasında həmrəyliyə gətirib çıxaracaq. Əgər biz dinlərarasında bir-birinə nifrəti təşviq etsək, gec-tez bu, böyük fəlakətlərə gətirib çıxaracaq”
“Report”un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Vyanada keçirilən "Dinlərarası və sivilizasiyalarası əməkdaşlıqdan beynəlxalq həmrəyliyə" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O xatırladıb ki, Azərbaycan müsəlman dünyasının bir parçasıdır və ölkə əhalisinin 96 faizi müsəlmandır: “Bu gün Azərbaycanda bütün dinlərə bərabər şəkildə yanaşılır. Bizim ölkədə sinaqoq, kilsə və məscid birgə fəaliyyət göstərir. Ölkəmizdə elə yerlər var ki, orada məscidlə sinaqoq arasında məsafə elə də uzaq deyil. Dünyada dinlərdən istifadə edərək din adı altında müxtəlif separatçı və radikal qruplar qızışdırılaraq, bəzilərinin geopolitik maraqları üçün istifadə olunurlar. Burada heç bir dini ittiham edə bilmərik, çünki bütün dinlər insanları sülhə çağırır”. 


Xəbərin orijinal ünvanı: https://report.az/din/mubariz-qurbanli-dinlerarasinda-nifretin-yaradilmasi-boyuk-felaketl

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR