Gilasın bilinməyən faydaları

Yayın ən sevilən meyvələrindən olan gilasın sağlamlığa bir çox faydası vardır.

Metbuat.az xəbər verir ki, orqanları hüceyrə zədələnməsinə qarşı qoruyan gilas C, A, K vitaminləri və fosfor, dəmir, kalsium kimi minerallar baxımından çox yaxşı bir qaynaqdır. Mütəxəssislər gilas yemənin həzm sistemi ilə yanaşı bir çox problemlərə faydalı olduğunu deyiblər.

Yatmazdan bir neçə saat əvvəl gilas yeməklə əksik olan melotonin tamamlanır və yuxuya keçiş asanlaşır.100 qram gilasın tərkibində 60 kalori var. Qida lifi zəngin olan bu meyvə artıq çəkilərdən xilas olmaq istəyənlərə tövsiyyə edilir.

Gilas diabet riskini aşağı salır, dərini qoruyur, yaşlanma əlamətlərini gecikdirir. Antioksidan təsiri ilə xərçəngə qarşı qorumanı təmin edir, ürək və damar sağlamlığını qoruyur. Bundan başqa gilas nevroloji xəstəliklər riskini azaldır, immunet sistemini gücləndirərək xəstəliklərdən qoruyur.

https://metbuat.az/news/1210334/bu-tunel-amerikan-esgerlerinin-qorxulu-kabusudur.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR