Muzey Mərkəzində Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi açılacaq

Muzey Mərkəzində Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi açılacaq
20:43 19 İyun 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 21-dən iyulun 10-dək Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgidə rəssamın son illərdə yaratdığı, indiyədək heç bir yerdə təqdim olunmayan rəngkarlıq, qrafika, heykəltəraşlıq və müasir incəsənət əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, Mahmud Rüstəmov 1967-ci ildə Bakı şəhərində anadan olub. O, 1982-1986-cı illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində, 1986-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Heykəltəraşlıq” fakültəsində təhsil alıb. 1995-1998-ci illərdə SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanalarının aspirantı olub. Mahmud Rüstəmov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın indiyədək çoxsaylı sərgiləri açılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3078259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR