Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb (FOTO)

Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb (FOTO)
01:50 20 İyun 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı .Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

L.Abdullayeva bildirib: "Xarici işlər naziri Elmar Məmmədyarov dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb. Tərəflər regionda baş verən hadisələr, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və ikitərəfli əməkdaşlığın gündəliyi ilə bağlı geniş fikir mübadiləsi aparıblar".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3078660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR