Devid Heyl: ABŞ Azərbaycanın Əfqanıstandakı əməliyyatlar kontekstində dəstəyini yüksək qiymətləndirir

Devid Heyl: ABŞ Azərbaycanın Əfqanıstandakı əməliyyatlar kontekstində dəstəyini yüksək qiymətləndirir
04:12 20 İyun 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Vaşinqtonda Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heylin görüşü baş tutub.
"Report" xəbər verir ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlığının siyasi gündəliyinə daxil olan bir sıra məsələləri müzakirə etdilər.
Azərbaycan-ABŞ münasibətlərinin əsas cəhətləri, əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritet istiqamətlər və son zamanlar əməkdaşlıqda artan dinamika barədə geniş fikir mübadiləsi aparılıb.
Bölgədə mövcud olan vəziyyət barədə danışan iki dövlət rəsmisi həlli uzadılmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti və prosesin irəli aparılması üçün atılmalı zəruri addımları müzakirə ediblər. Hər iki tərəf ATƏT-in Minsk Qrupu çərçivəsində hal-hazırda aparılan danışıqlar prosesinə dəstək ifadə edib.
Azərbaycanın Əfqanıstandakı əməliyyatlar kontekstində göstərdiyi dəstək ABŞ tərəfindən yüksək qiymətləndirilib və bu xüsusda ölkəmizin strateji önəmi Dövlət katibinin müavini tərəfindən vurğulanıb.
Tərəflər habelə bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələrini, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/xi-n-rehberi-abs-dovlet-katibinin-siyasi-meseleler-uzre-muavini-ile-go

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR