Səs-küylü filmin “Sonuncu Pərdə” versiyası gəlir – FOTO

Səs-küylü filmin “Sonuncu Pərdə” versiyası gəlir – FOTO
09:53 20 İyun 2019
Ölkə mətbuatı
A- A+

Emil Quliyevin rejissorluğu ilə çəkilən və böyük müzakirələrə səbəb olan “Pərdə” və “İkinci pərdə” filmlərinin sonuncu bölümü çəkilib.

Publika.az xəbər verir ki, əsas rollarda aktyor Əlibəy Məmmədli, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Anar Əliyev və başqaları çəkilib. Bu barədə Cövdət Şükürov sosial şəbəkədə məlumat verib. O, filmin posterini öz hesabında paylaşıb.

Qeyd edək ki, mart ayının əvvəlində rejissor Emil Quliyev "Pərdə" filminin üçüncü hissəsinin maliyyə problemlərindən dolayı çəkilməyəcəyini desə də, filmin çəkilişləri artıq başa çatmaq üzrədir. "Sonuncu Pərdə" 2019-cu ilin sonuna qədər geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Emil Quliyev "Sonuncu Pərdə" filminin yalnız rejissoru deyil, eyni zamanda ssenaristi və prodüseridir. Sabunçu qəsəbəsində baş tutan çəkilişlərin operatoru Orxan Abbasov, layihənin həmtəsisçisi isə Emin İbrahimovdur.

Məlumat üçün onu da bildirək ki, sözügedən ekran əsərinin çəkilişlərinin başlanmasına 10 gün qalmış maliyyələşdirilməsi kəskin şəkildə dayandırılıb. Bundan sonra çəkiliş heyəti heç bir sponsor olmadan filmi çəkməyə qərar verib. Rejissor bildirib ki, bir çoxları incəsənət naminə pulsuz işləməyə razılaşıb. İctimai kanalın direktoru Balaş Qasımov filmi tam olaraq pulsuz çəkmək üçün onları avadanlıqla təmin edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/282385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR