Alimlər qan təzyiqini normaya salan ƏN UCUZ DƏRMANI tapdı

Alimlər qan təzyiqini normaya salan ƏN UCUZ DƏRMANI tapdı
09:58 21 İyun 2019
Ölkə mətbuatı
A- A+

Yumurta ağı yüksək qan təzyiqini tənzimləyir. Yumurta ağında peptid adlanan bir maddə var. Araşdırmaya görə, bu maddə qan təzyiqini artıran bir fermentin yaranmasına mane olur. Alimlər siçanlar üzərində bir sınaq keçirib və onlara bir miqdar peptid verib. Nəticədə, təəccüblü olub: peptidin “Captopril” dərmanının aşağı dozası ilə eyni gücə malik olduğu üzə çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yumurta ağının qan şəkəri səviyyəsini təmzimlədiyi və "pis" xolesterini azaltdığı da ortaya çıxıb. Bu baxımdan, yumurta ağı çox faydalıdır və onu mütəmadi olaraq istehlak etmək tövsiyə olunur.

Yüksək temperaturda qaynadılmış yumurta təzyiqi azaltmaq üçün yaxşıdır. Yumurta ağının insan bədəninə əlavə nə kimi təsirlər göstərəcəyini təyin etmək üçün başqa araşdırmaların aparılması planlaşdırılır. Bu nəzəriyyə doğru olarsa, yumurta ağı yüksək qan təzyiqi ilə mübarizə üçün ən yaxşı dərmanlardan biri olacaq.

Bundan əlavə, yumurta ağı, heç bir yan təsiri olmayan təbii və ucuz bir seçimdir.

Aytən


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/282495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR