Şəkidə yanacaq daşıyan maşın yanıb

Şəki şəhərində “Ruslan” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 25 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı boşaldılarkən avtomobilin nasosunda alışma baş verib.

Metbuat.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə avtomobilin nasosu və ətrafa dağılan yanacaq 10 m² sahədə yanıb.

Avtomobilin qalan hissəsi, məntəqə ərazisində olan yanacaqla dolu yeraltı çənlər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.(TREND)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR