Bakıda taksi sürücülərinə qarşı quldurluq edən dəstəyə 19 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rəsul Məmmədov və Ramiq Hüsenzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az bildirir ki, Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Məmmədov 9 il, R.Hüsenzadə isə 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, orada kirayədə yaşayan 22 yaşlı R.Məmmədov otaq yoldaşı, 26 yaşlı R.Hüsenzadə ilə taksi sürücülərini "soymaq" qərarına gəliblər. Onlar iki gün ərzində gecə saatlarında iki avtomobilə müştəri kimi əyləşərək naməlum istiqamətə sürdürüblər. Sonra isə sürücülərə bıçaqla hədə-qorxu gələrək soyğunçuluq ediblər. (TREND)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR