İsveçrə Gülnara Kərimovaya məxsus 133 milyon dolları Özbəkistana qaytaracaq

İsveçrə Gülnara Kərimovaya məxsus 133 milyon dolları Özbəkistana qaytaracaq
00:47 26 İyun 2019
101 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçrə Özbəkistanın birinci Prezidentinin böyük qızı Gülnara Kərimovaya məxsus 133 milyon dolları Özbəkistana qaytaracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İsveçrənin Baş prokurorluğu altı ildən artıq təhqiqat apardıqdan sonra bu qərara gəlib.

G.Kərimovanın Özbəkistana vurduğu zərər 2 milyard dollar həcmindədir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub və bu vəsaitlər mərhələ-mərhələ geri qaytarılır.

Özbək mətbuatının verdiyi məlumata görə, Gülnara Kərimova həbsdə olsa da artıq yaxın adamları və vəkilləri vasitəsi ilə 1,2 milyard dolları Özbəkistana qaytarıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/765975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR