Yuxuya gedən qızı təyyarədə unutdular

Yuxuya gedən qızı təyyarədə unutdular
01:32 26 İyun 2019
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kanadada maraqlı hadisə baş verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Kvebekdən Torontoya uçan qız uçuş zamanı yuxuya getdiyi üçün təyyarədə qalıb. Sərnişin təyyarəsi hava limanında enəndə stüardessalar yuxuya gedən sərnişini görməyiblər. Təyyarəni isə dayanacağa çəkiblər.

Sərnişinin sözünə görə, reys saat yarım davam edib:

"Mən yuxudan ayılanda artıq gecə idi. Təyyarə bir neçə saat idi ki, hava limanına enmişdi. Qaranlıq və soyuq idi".

Qızın telefonunun enerjisi bitdiyi üçün təyyarədə bir fənər tapdı və pəncərəni işıqlandırdı. Tezliklə yükdaşıyan işçilərdən biri bunu gördü və qızı xilas etdi.

"Air Canada" şirkəti artıq sərnişindən üzr istəyib və araşdırmalara başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/765857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR