Elmar Məmmədyarov Yuris Maklakovsu qəbul edib

Görüşdə AzərbaycanLatviya arasında siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Metbuat.az bildirir ki, səfir Yuris Maklakovs diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, fəaliyyət ərzində yüksək səviyyəli rəsmilərin səfər mübadiləsinin həyata keçirildiyini, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalandığı, yerli özünüidarəetmə səviyyəsində 15 müqavilənin imzalandığı, tvinninq layihələrinin həyata keçirildiyini və s. xüsusilə qeyd etdi.

Tərəflər iqtisadi, turizm, kənd təsərrüfatı, tranzit kimi sektorlarda hələ reallaşdırılmamış potensialın mövcud olduğunu ifadə edərək, bu istiqamətlərdə gələcəkdə əməkdaşlığın genişləndirilməsi zərurətini vurğuladılar.

Nazir Elmar Məmmədyarov səfir Yuris Maklakovsa gələcək fəaliyyətində uğurlar arzu etdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR