Ekrana çox baxmaq uşaqlarda bunlara səbəb olur - Şok faktlar

Mütəxəssislər texnologiyadan aşırı dərəcədə istifadənin uşaqlara ciddi zərərlərinin olduğunu bildirirlər. Hətta ekran qarşısında uzun müddət vaxt keçirmək uşaqların fiziki görüntüsünə də təsir göstərir.

Metbuat.az xəbər verir ki, türkiyəli məşhur pedaqoq Adəm Günəş bildirir ki, illərlə ekran izləyən uşaqlarda ağzı açıqlıq, göz bərəlməsi, hissizlik və anlamsız mimikalar müşahidə edilir. O həmçinin deyib ki, uşaqların ekran qarşısında nə qədər vaxt keçirməli olduğunu müəyyən etmək üçün uşağın yaşını 4-ə bölün:

"Uşağın yaşını 4-ə bölün. Məsələn 8 yaşlı bir uşağın gündəlik texnologiya ilə vaxt keçirmə müddəti 2 saatdır. 12 yaşlı bir uşaqda isə gündə 3 saat olacaq. 2 yaşından kiçik uşaqlar ən çox 1 saat ekran qarşısında vaxt keçirə bilərlər. Uşaq ekran qarşısında nə qədər vaxt keçiribsə, onun 2 qatı qədər istirahət etməlidir".

Uşaq oyuna fokuslanarkən hərəkərsiz qalan əzələlər uzun müddət eyni vəziyyətdə qaldığı üçün anormal bir görünüş alır. Uzun müddət eyni pozisiyada qalmaq əzələ inkişafını axsadır. Bu təkcə böyük əzələlərə deyil, üzdəki kiçik əzələlərə də aiddir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR