ABŞ Venesuela prezidentinin oğluna sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Venesuela prezidenti Nikolas Maduronun oğlu Nikolas Maduro Querranı sanksiya siyahısına əlavə etdiyini açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Xarici Mülklər İdarə Ofisindən (OFAC) verilən açıqlamada sanksiyanın detalları açıqlanmayıb:

"Maduronun bölgədə, Venesuelanın bütün qurumlarında və əsasən Beynəlxalq Məclisdə etdiyi qanunsuzluğun böyüklüyünə diqqət cəlb etməyə və bunu sona çatdırmağa çalışırıq".

ABŞ Maliyyə naziri Stiven Mnuçin isə deyib ki, Maduro Venesuela xalqını yatırmaq üçün oğlundan istifadə edir:

"Venesuelalılar əziyyət çəkərkən, saxta seçimlərlə qurulan Maduro rejiminin daxilindəkilər lüks içində yaşayırlar".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR