Deputat qadını döyən sürücü barədə: "Ən təəccüblüsü isə ərafdakıların..."

Millət vəkili Aydın Mirzəzadə özünün "Facebook" səhifəsində qadını döyən sürücü ilə bağlı fikirlərini yazıb.

Metbuat.az xəbər verir ki, deputatın fikrincə, qadına heç bir halda əl qaldırılması düzgün deyil:

"İndi sosial şəbəkədə bir gəncin (qeyd edilir ki, avtobus sürücüsüdür) bir gənc qadını döyməsi videosuna rast gəldim. Heç bir halda, nə baş verməsindən asılı olmayaraq kişi qadına əl qaldırmamalıdır, belə hərəkət yolverilməzdir. İlk növbədə hadisənin bu vəziyyətə gəlib çıxmasına şərait yaradılmamalı, baş verərsə isə kişi qadınla üzbəüz olduğunu anlayaraq təmkili olmalıdır. Ən təəccüblüsü isə ətrafdakıların hadisəni biganəliklə izləməsidir."

Qeyd edək ki, bugün sosial şəbəkələrdə yayılan görüntülərdə avtobus sürücüsünün onu təhqir edən qadına şillə, yumruq vurduğu əks olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR