"Təhdidlərin bizim üçün əhəmiyyəti yoxdur" - Əhməd Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu canlı yayımda bir çox açıqlamalar verib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu S-400 sistemləri barədə danışıb:

"S-400 bitmiş bir anlaşmadır, artıq təslim müddəti danışılır. S-400 müdafiə sistemidir, hücum sistemi deyil. Təcili bir vəziyyət olduğu zaman istifadə ediləcək. Durduq yerə niyə bu sistem istifadə edilsin? Əvvəla bu sistemlərdən istifadənin maliyyəti çoxdur. Türkiyənin hava müdafiə sisteminə ehtiyacı var, bu sistemlərin təslim tarixi iyulun ortaları baş tutacaq. Tarixi Türkiyədəki dostlarımız və Rusiyadakı aidiyyatı şəxslər dəqiqləşdirəcək. Türkiyə və Rusiya arasındakı təhlükəsizlik Ərdoğan və Putin arasındakə görüşdə müzakirə edildi. Rusiyanın şəxsi təhlükəsizlik qorxuları var amma bunların hamısı müzakirə edilir. İdlib məsələsi isə kritik bir məsələdir. Həm siyasi, həm də insani cəhətdən".

Mövlüd Çavuşoğlu həmçinin Kipr məsələsinə də toxunub:

"Kiprin təhdidlərinin bizim üçün bir əhəmiyyəti yoxdur. Onlar həddlərini bilərlər. Bilirlər ki, bizə qarşı bir şey edəcəkləri təqdirdə, qarşılıqlarını da alacaqlar. P5 ölkələrinə, Moqheriniyə məktub yolladım. Brüsselə də məlumat verdik. Atdığımız bütün addımlar hüquqidir. Şimali Kipr xalqının hüquqlarını qorumaq Türkiyənin məsuliyyətidir."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR