"Bu üslubda davam etsələr..." - AKP-dən Yunanıstana sərt cavab

Cümhuriyyət Xalq Partiyasının mətbuat katibi Ömər Çəlik Yunanıstanla bağlı açıqlamalar verib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ömər Çəlik deyib:

Türkiyənin dostluğu qiymətlidir, bu dostluqdan kimsə zərər görməz, hər kəs fayda görər. Amma Yunanıstan Xarici İşlər naziri bu üslubla başladı, bu son dərəcə üzücüdür. Yeni bir səhifə açıla bilərdi. Son zamanlarda Çipras höküməti təhrikedici fikirlər səsləndirir. Amma təəssüf ki, Yunanıstan Xarici İşlər naziri bir dövlət adamının danışması gərəkən üslubdan uzaq şəkildə danışıb. İstifadə etdiyi üslub bir dövlət adamı üslubu deyil. Belə davam edəcəksə, bunun sonu yaxşı olmayacaq. Kipr ayrı bir problem qaynağıdır. Əslində Kiprin bu davranışları Avropa Birliyinin də gündəmindədir. Bunun hesabını Kipr Türk Respublikasına və Türkiyəyə ödətmək istəyirlər".





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR