Neftçalada avtomobil aşıb - Ölən və yaralananlar var

Neftçala rayonunda yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, olay Salyan-Şirvan avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı avtomobil aşıb. Nəticədə 1 nəfər ölüb,2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR