İbrahimoviç ilin ən yaxşısı seçildi

İbrahimoviç ilin ən yaxşısı seçildi
17:37 11 İyul 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

"LA Qalaksi"də çıxış edən Zlatan İbrahimoviç MLS-də 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, isveçli hücumçu ABC telekanalının təşkil etdiyi ilin ən yaxşı futbolçusu mükafatını qazanıb. O, Yosef Martines, Ueyn Runi və Aaron Lonqu qabaqlayaraq, bu mükafata sahib çıxıb.

Bununla da, 9-cu dəfə "LA Qalaksi" futbolçusu bu mükafatı qazanıb. Daha əvvəl Lendon Donovan (5 dəfə), David Bekhem (2 dəfə) və Robbi Kin bu mükafata layiq görülüb.

2018-ci ildən Amerika təmsilçisinin heyətində çıxış edən İbrahimoviç, bu müddət ərzində keçirdiyi 42 oyunda 35 qolla yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/770068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR